Manyerizm

ParmicaninoUzun boyunlu Madonna, 1535–1540, Uffitsi qalereyası, Florensiya. Manyerizm dövrü üçün uzun nibətlər, yüksək stilləşdirilmiş pozlar və aydın prespektivlər xarakterikdir.

Manyerizm (ing. Mannerism) və yaSon İntibah[1] (ing. Late Renaissance) — Avropa incəsənətində İtaliya Yüksək intibah dövrünün son mərhələsinə verilən ad. Manyerizm dövrü 1520-ci illərdən başlamaqla XVI əsrdə barokko dövrü ilə əvəz olunana kimi davam etmişdir. Şimal manyerizmi XVII əsrin əvvəllərinə kimi davam etmişdir.[2]

Stilistik baxımdan Manyerizm özündə Leonardo da Vinçi, RafaelMikelancelonun erkən yaradıcılıq dövrünün çoxsaylı yanaşmalarını və harmonik ideallarını birləşdirir. Yüksək İntibah incəsənəti nisbət, tarazlıq və ideal gözəlliyi vurğuladığı halda, Manyerizm bu xüsusiyyətləri asimmetrik və qeyri-təbii eleqant hala qədər çoxaldır.[3] Bu stil yüksək intellektual dəqiqliyi və süni (naturalizmin əksinə olaraq) keyfiyyətləri ilə fərqlənir.[4] Erkən intibah rəsmlərindən fərqli olaraq, bu xüsusiyyət Manyerizm əsərlərində balans və aydınlıq əvəzinə kompozisiya gərginliyi və qeyri-stabilliyin yaranmasını təşviq edir. Ədəbiyyat və musiqidə Manyerizm yüksək tərəqqi etmiş stil və intellektual dəqiqliyi ilə seçilir.[5]

Manyerizmin xüsusiyyətləri və onun fazaları incəsənət tarixçiləri arasında hələ də müzakirələrə səbəb olmaqdadır. Məsələn, bəzi alimlər XVI–XVII əsrlər ədəbiyyatının (xüsusilə poeziyanın) erkən formalarının müəyyən edilməsini də Manyerizmə aid edirlər. Termin həm də, 1500–1530-cu illərdə Şimali Avropada çalışmış bəzi qotik rəssamların yaradıcılığını, xüsusilə İtaliyadakı hərəkatla əlaqəsi olmayan Antverpen manyeristlərinin işlərini müəyyənləşdirmək üçün istifadə edilir. Manyerizm həm də, Gümüş dövrü Latın ədəbiyyatının analogiyası kimi istifadə edilir.[6]

  1. A World history of architecture Arxivləşdirilib 2018-09-28 at the Wayback Machine and Mannerism: the painting and style of the Late Renaissance Arxivləşdirilib 2017-12-10 at the Wayback Machine
  2. Freedberg 1971, 483.
  3. Gombrich 1995.
  4. "Mannerism: Bronzino (1503–1572) and his Contemporaries". Metropolitan Museum of Art. 2018-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2018.
  5. Art and Illusion, E. H. Gombrich, ISBN 9780691070001
  6. "The Mannerist Style and the Lamentation" (PDF). www.artsconnected.org. 2021-08-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 3 iyul 2018.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search